Proqram Haqqında
Sosial media marketinqi sahəsində peşəkar həllər təqdim edən Penne Media, indi sizi də bu uğura ortaq olmağa dəvət edir! Yeni affiliate proqramımız sayəsində bizə müştəri gətirin, hər uğurlu satışdan komissiya qazanın!
Ümumi Baxış - Penne Media Affiliate Proqramı
Qazanc fürsəti ayağınıza gəldi! Penne Media-nın affiliate proqramı ilə siz də bizim uğurumuzdan pay ala bilərsiniz. Bizə yeni müştərilər gətirin, hər satışdan 10%–25% arası komissiya qazanın! Heç bir texniki bilik və ya reklam büdcəsi tələb olunmur - sadəcə tövsiyə edin və qazanın.
1. Qeydiyyatdan keç
Affiliate proqramımıza pulsuz qoşulun və sizə özəl izləmə kodunu əldə edin.
2. Tövsiyə et
Dostlarınıza, tanışlarınıza və ya sosial mediada Penne Media-nı paylaşın.
3. Müştəri bizdən xidmət alanda
Tövsiyə etdiyiniz şəxs bizdən xidmət aldıqda bu, sistemimizdə qeyd olunur.
4. Qazanc əldə et
Siz həmin satışdan minimum 10%, maksimum 25% komissiya qazanırsınız. Qazancınız aylıq olaraq ödənilir.
10%–25% komissiya qazancı
Gətirdiyiniz hər bir müştərinin etdiyi ödənişdən ən azı 10%, bəzi hallarda isə 25%-dək komissiya əldə edirsiniz. Gətirdiyiniz müştərinin ödədiyi məbləğ artdıqca sizin qazancınız da artır.
Şəffaf və izlənə bilən sistem
Hər bir yönləndirməniz və qazancınız real vaxtda izlənir. Sizə təqdim etdiyimiz xüsusi link vasitəsilə bütün yönləndirmələr izlənir və hesabat şəklində sizə təqdim olunur.
Passiv və əlavə gəlir mənbəyi
Tək bir dəfə tövsiyə etməyiniz kifayətdir. Əgər yönləndirdiyiniz şəxs təkrar xidmət alarsa, siz yenə də qazanc əldə edirsiniz. Bu, sizə passiv gəlir imkanı yaradır.
Hazır marketinq materialları təqdim olunur
Sizə istifadəyə hazır şəkillər, linklər, yazılar və sosial media paylaşımları təqdim edirik ki, daha rahat paylaşa və daha çox müştəri cəlb edə biləsiniz.